Naxçıvanda sertifikatlaşdırma imtahanında 6 müəlli...
20:42 02.05.2026
0
0
0
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev Türk dünyası mədəniyyəti və ədəbiyyatı sahəsində apardığı elmi fəaliyyətə görə TÜRKSOY tərəfindən təşəkkürnamə ilə təltif olunub.
Bu barədə "Şərq qapısı"na AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, TÜRKSOY Türk Dövlətlərinin Mədəniyyət nazirliklərini birləşdirən beynəlxalq təşkilatdır. Təşkilatın əsas fəaliyyət istiqamətləri türkdilli xalqların mədəni irsinin tədqiqi və qorunması, mədəni-humanitar əlaqələrin genişləndirilməsi, elmi və mədəni layihələrin koordinasiyasıdır.
Digər xəbərlər