NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Naxçıvanla nəqliyyat əlaqəsinin təmin olunması üçün Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti reyslər təşkil olunub

...

Mövcud vəziyyət nəzərə alınaraq, Azərbaycan vətəndaşlarının Bakı ilə Naxçıvan arasında alternativ nəqliyyat əlaqəsindən istifadə edə bilmələri üçün AZAL-ın Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti uçuş cədvəli hazırlanıb.

AZAL-dan bildirilib ki, uçuşa gələrkən aşağıda qeyd olunan vacib məqamlar nəzərə alınmalıdır:

sərnişinlər uçuş vaxtından ən azı 1 saat yarım öncə hava limanına yaxınlaşmalı;

üzərlərində xarici pasport və ya yeni nəsil şəxsiyyət vəsiqələrini götürməlidirlər.

Uçuş cədvəlində hər hansı bir dəyişiklik baş verdiyi təqdirdə sərnişinlərə ətraflı məlumat paylaşılacaq.

Nəşr edilib : 05.03.2026 23:42