NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Naxçıvanın karate üzrə yığma komandası Bakıda keçirilən turnirin üçüncüsü olub

...

Sərhədçi Olimpiya İdman Mərkəzində Azərbaycan Karate Federasiyasının dəstəyi, "Badamlı Karate Klubu"nun təşkilatçılığı ilə 5 oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş turnir keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısına" verilən məlumata görə, yarışda 30 klubdan 400-ə yaxın karateçi mübarizə aparıb.

İki gün davam edən turnirdə Naxçıvan karateçiləri 9-u qızıl, 6-sı gümüş, 9-u bürünc olmaqla, ümumilikdə, 24 medal qazanıblar. Bu göstərici ilə “Naxçıvan” komandası ümumi sıralamada üçüncü yerin sahibi kimi pul mükafatına layiq görülüb. 

Fərdi nəticələrə gəlincə Canər Abbaszadə, Püstə Məmmədli, Rəvan Vəlisoy, Əli Bağırlı, Uğur Məmmədli, Xədicə Bayramova, Aysu Abbaslı, Fatimə Novruzlu və Həsən İbrahimli müvafiq kateqoriyalar üzrə qızıl medala sahib çıxıblar. Digər təmsilçilərimiz müxtəlif əyarlı medallar əldə ediblər.

Nəşr edilib : 07.10.2024 16:29