NAXÇIVAN :

09 Sentyabr 2026, Çərşənbə

Ceyhun Bayramov: Yanaşmamız dəyişməzdir, sülh sazişinin imzalanması üçün imkanlar mövcuddur

...

Tarixi Vaşinqton sammitində çox mühüm və tarixi sənədlər qəbul edildi, vacib bəyanatlar səsləndirildi. Prezident İlham Əliyev Vaşinqton sammitindəki çıxışı zamanı Azərbaycan üçün artıq sülh dövrünün başladığını bəyan etdi. Sonrakı proseslər və Azərbaycan tərəfinin atdığı addımlar da bunu əyani şəkildə sübut etdi.

"Şərq qapısı" xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində xarici işlər naziri Ceyhun Bayramov deyib.

O, ötən il qəbul edilmiş birgə bəyanatda əksini tapan məsələlərin və Ermənistan tərəfinin verdiyi bəyanatların göz qabağında olduğunu qeyd edərək deyib: "Sülh sazişi barədə danışıqların müəyyən bir mərhələsində, avqustda bu prosesin başa çatması gözlənilirdi. Lakin gerçək addımların atılması, konstitusiyanın dəyişdirilməsi və yeni konstitusiyanın qəbul edilməsi tələb olunurdu. Bütün bunların fonunda bu prosesdə həm Azərbaycan ictimaiyyətinin, həm də dünya ictimaiyyətinin gözlədiyi mövqeyi eşitdik".

Nazir, xüsusilə ötən dövrdə Ermənistanda keçirilən parlament seçkiləri ərəfəsində belə bəyanatların verildiyini diqqətə çatdıraraq seçkilərdən sonra Ermənistan Baş nazirinin öz çıxışlarında yenidən ilin sonuna həmin konstitusiya prosesinə dair gözləntilərin olduğunu qeyd etdiyini söyləyib.

C.Bayramov bu addımların atılması ilə yeni bir mərhələyə keçildiyini, Ermənistanın bu öhdəliklərə riayət etməsi prosesində müsbət gözləntilər olduğunu qeyd etdi. "Bizim yanaşmamı

Nəşr edilib : 09.09.2026 13:35