Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişd...
14:02 09.09.2026
0
0
0
Azərbaycan hər zaman BMT-nin iqlim prosesinə mühüm töhfələr verib. Səmimi qonaqpərvərliyə və dünyanı praktiki iqlim həlləri ətrafında bir araya gətirmək istiqamətində davamlı öhdəliyinə görə Azərbaycana minnətdarıq.
"Şərq qapısı" xəbər verir ki, bunu sentyabrın 9-da Bakıda Azərbaycanın ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinin (UNFCCC) Proqramların əlaqələndirilməsi üzrə baş direktoru Daniele Violetti deyib.
"İndiyədək aparılan müzakirələrdən bir mesaj aydın görünür: həllər mövcuddur. İndi bizim vəzifəmiz icra proseslərini sürətləndirmək, fəaliyyəti ləngidən amilləri müəyyənləşdirmək və həmin maneələri aradan qaldırmağın praktiki yollarını tapmaqdır.
Hökumətlər bunu təkbaşına həyata keçirə bilməz. Biznes, maliyyə sektoru, şəhərlər və vətəndaş cəmiyyəti bizim üçün əvəzolunmaz tərəfdaşlardır”, - deyə Daniele Violetti əlavə edib.
Digər xəbərlər