NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Naxçıvanın gənc nəsli üçün yeni perspektivlər açılır

...

"Bu gün Naxçıvanda Gənclər Həftəsi münasibətilə keçirilən “Azərbaycan gəncliyi: Ulu Öndər ideyalarından müasir inkişaf mərhələsinədək” tədbiri və “Gənc Fest” region gənclərinin intellektual potensialının nümayişi baxımından mühüm əhəmiyyət daşıyır. Bu cür tədbirlərin keçirilməsi Naxçıvan gənclərinin innovativ təşəbbüslərini dəstəkləmək və onları davamlı inkişaf proseslərinə daha fəal cəlb etmək məqsədi daşıyır. Tədbir çərçivəsində gənclərin sosial, iqtisadi və ekoloji sahələr üzrə mövcud çağırışlar və bu çağırışlara Naxçıvan gənclərinin verdiyi töhfələr müzakirə olunacaq".
Bu sözləri "Şərq qapısı"na açıqlamasında Suraxanı Gənclər Evinin direktoru Cəbi Quliyev deyib. O bildirib ki, Naxçıvan Muxtar Respublikasında yaşayan gənclər hər zaman Dövlət proqramları və inkişaf strategiyalarında fəal iştirakları ilə seçiliblər: "Forum, həmçinin onların idarəetmə, liderlik və layihələrin icrası sahəsində bilik və bacarıqlarının artırılmasına xidmət edir. Burada keçirilən müzakirələr və təqdimatlar gənclərin regional inkişafda rolunun daha da gücləndirilməsinə imkan yaradır. Naxçıvanlı gənclərin yenilikçi baxışları, yüksək məsuliyyət hissi və təhsil sahəsində əldə etdikləri nailiyyətlər regionun gələcək inkişafının əsas dayaqlarındandır. Bu cür tədbirlərin  nəticələrinin gənclərin yeni təşəbbüslərinə və uzunmüddətli əməkdaşlıqlarına töhfə verəcəyinə inanırıq. Bu kimi tədbirlər Naxçıvanın gənc nəsli üçün yeni perspektivlər açır və onların ölkənin ümumi inkişaf strategiyasına inteqrasiyasını daha da sürətləndirir".

Nəşr edilib : 06.02.2026 18:53