NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Naxçıvanın bir əsrlik tarixini öz arxivində qoruyan qəzet

...

“Şərq qapısı” qəzetinin kollektivinin hər bir üzvünü İspaniyadan salamlayıram. 
103 ildir ki, qəzetin yaradıcı kollektivi jurnalistikanın yüksək amalına həmişə sədaqətlə xidmət edib, 70 illik sovetlər dönəmində milliliyimizi, tariximizi yaşatmağa çalışıb, müstəqillik dövrünün ədəbi salnaməsinə yeni parlaq səhifələr yazıb, ağıl və təmkin, səbir və dəyanət yolları ilə addımlayan bu keşməkeşli yollarda heç bir qasırğa, boran, çovğundan qorxmayıb. Yolundan, amalından, məqsədindən dönməyən bu mətbu orqan öz səhifələrində tarix yazıb. Elə bir tarix ki o tarix xalqımızın dəyanətini, mərdliyini, illərin əsarətindən azadlığa gedən yolunu, dostunun, düşməninin kim olduğunu, zəfər dastanını sətirlərdə, məqalələrdə toplayıb. Naxçıvanın bir əsrlik tarixini öz arxivində qoruya bilib. Burada Naxçıvanın inkişafı üçün imzalanan sərəncamlar, fərmanlar, qəbul edilən qərarlar, tarixin həmin dövrünün salnaməsinə çevrilən neçə-neçə məqalələr dərc olunub. Bütün bunlar “Şərq qapısı” qəzetinin cəmiyyətin bu günü və gələcəyi üçün göstərdiyi əhəmiyyətli xidmətlərdir. Bu müqəddəs yolda hər birinizə uğurlar arzu edir, müvəffəqiyyətlərinizin davamını diləyirəm. 

Cəmilə FƏRƏCOVA
İspanya Krallığı, Qalisiya əyaləti, Santiaqo de Kompostela şəhəri

 

Nəşr edilib : 22.11.2024 22:23