Azərbaycanın Qazaxıstandakı səfiri II dərəcəli “Do...
23:52 26.06.2026
0
0
0
Bakı şəhərində keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasında yarışlara yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası olimpiadada 8 idman növü üzrə 17 məşqçi-müəllim və 64 məktəbli ilə təmsil olunub.
Naxçıvan məktəbliləri yarışları 4 qızıl, 1 gümüş və 9 bürünc olmaqla, ümumilikdə, 14 medalla başa vurublar.
Boks yarışlarında Məhəmməd Mustafa (+80 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medala sahib olub. Dünyamin Şirəliyev (52 kq), Elmurad Kərimli (48 kq), Səfər Həsənli (50 kq) və Rəvan Orucov (70 kq) isə bürünc medal qazanıblar. Atletika yarışlarında Ümid Musayev topatma növündə, Uğur Məmmədli isə qaçaraq uzunluğa tullanma üzrə qızıl medala layiq görülüblər. Murad Babayev 600 metr məsafəyə qaçışda bürünc medal qazanıb. Ağırlıqqaldırmada Fəxrəddin Allahverdiyev (+71 kq) qızıl, Ümid Hüseynov (52 kq) gümüş, Mikayıl Novruzov (71 kq) isə bürünc medal əldə edib. Cüdo yarışlarında Nihad İmanov (81 kq) bürünc, sərbəst güləşdə isə Şamxal Əlizadə (52 kq) və Ramal Bağırov (75 kq) bürünc medal qazanıblar.
Digər xəbərlər