NAXÇIVAN :

02 Iyun 2025, Bazar ertəsi

Naxçıvanı təmsil edən iki voleybol komandası ölkə üçüncüsü olub

...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, Bakı şəhərində 14, 16 və 18 yaşadək oğlan və qız voleybolçular arasında Azərbaycan birincilikləri keçirilir. Naxçıvan Muxtar Respublikası yarışlara 1 nümayəndə, 5 nəfərlik məşqçi heyəti, fizioterapevt, 3 qız və 2 oğlandan ibarət komandalarla qatılıb.

Oğlanlardan ibarət “Naxçıvan – U14” və “Naxçıvan – 18” komandaları bürünc medallara sahib çıxaraq birincilikdə uğur qazanıblar. Hər iki komandanın üçüncülük görüşündəki rəqibi, "Oğuz RVK"-nın müvafiq yaş kateqoriyasındakı təmsilçiləri olub.

Qeyd edək ki, digər təmsilçimiz – 16 yaşadək qızlardan ibarət “Möminə xatun” komandası birincilikdə mübarizəyə mayın 31-də qoşulacaq.

Nəşr edilib : 26.05.2025 17:45