Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
"Şərq qapısı" xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Göygöldə kros qaçışı üzrə payız ölkə çempionatı keçirilib. Yarışda paytaxt təmsilçiləri ilə yanaşı, Gəncə, Naftalan, Xızı, Quba, Xaçmaz, Şamaxı, İsmayıllı, Balakən, Bərdə, Gədəbəy və Ordubaddan 200-ə yaxın atlet mübarizə aparıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Ordubad rayonundan 5 atletin yarışda iştirakı təmin olunub. Onlardan ikisi ümidləri doğruldaraq mükafatçılar sırasına düşüb.
Əmrah Nağıyev kişilər arasında 10 km məsafəyə qaçış yarışında 40.05 dəqiqəlik göstərici ilə gümüş medal qazanıb. Namiq Babayev (7.19 dəqiqə) isə oğlanlar arasında gümüş medalçı olub.
Digər xəbərlər