NAXÇIVAN :

27 Aprel 2025, Bazar

Naxçıvandan 3 boksçu zona birinciliyində uğur qazanıb

...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, boks üzrə kadetlər arasında zona birinciliyinin final mərhələsi reallaşıb. Bakı Boks Mərkəzində təşkil olunan yarışda 50 komandanın 153 boksçusu gücünü sınayıb.
Naxçıvan Muxtar Respublikasından yarışa 3 məşqçi və 5 idmançı qatılıb. 1-i gümüş, ikisi bürünc olmaqla, ümumilikdə, 3 medal qazanılıb. 
Təmsilçilərimizdən Məhəmməd Mustafayev (90 kq) ikinci, Elmurad Kərimli (42 kq) və Yusif Tağıyev (44) isə üçüncü olublar.

Nəşr edilib : 26.04.2025 19:52