NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

Naxçıvanda “Zərərsiz həyat, effektiv iş, azad ruh” mövzusunda interaktiv təlim keçirilib

...

"Naxçıvan Təlim Mərkəzi" publik hüquqi şəxsin təşkilatçılığı ilə “Zərərsiz həyat, effektiv iş, azad ruh” mövzusunda interaktiv təlim təşkil olunub. Yanvarın 28-də "Şərq qapısı" qəzetinin inzibati binasında baş tutan təlim gənclərin sağlam həyat tərzi və şəxsi məsuliyyət anlayışının gücləndirilməsi məqsədi daşıyıb.
Təlim proqramı iki hissədən ibarət olub. Birinci sessiyaya Naxçıvan Muxtar Respublikası dövlət qurumlarında çalışan gənc əməkdaşlar, ikinci sessiyaya isə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin könüllüləri cəlb edilib. Hər iki sessiyada, ümumilikdə, 54 iştirakçı yer alıb.
Araşdırmaçı ekspert Məhbubə Mehdiyevanın apardığı təlim sessiyalarında gənclərə zərərli vərdişlərin yaranma səbəbləri, psixoloji faktorlar, sosial çevrənin və ətraf mühitin təsiri barədə ətraflı məlumat verilib. Təlim zamanı vurğulanıb ki, zərərli vərdişlər yalnız psixotrop maddələrlə məhdudlaşmır; onlayn mərc oyunları, rəqəmsal asılılıqlar və fərqinə varılmadan gündəlik həyata daxil olan digər riskli davranışlar da ciddi təhlükə mənbəyidir.
Xüsusi olaraq diqqətə çatdırılıb ki, ətraf mühitə laqeyd münasibət, təbiətin çirkləndirilməsi də zərərli vərdişlərin bir formasıdır və bu davranışlar həm fərdi, həm də ictimai sağlamlığa birbaşa təsir göstərir.
Təlim çərçivəsində gənclərə sosial münasibətlərdə diqqətli olmağın, məqsədli şəkildə yanlış vərdişlərə alışdırılan halları vaxtında tanımağın və bu cür risklərdən uzaq durmağın vacibliyi izah edilib. Daha sağlam, məsuliyyətli və effektiv həyat üçün hər bir gəncin üzərinə düşən fərdi və ictimai öhdəliklər praktik nümunələrlə izah olunub.

Nəşr edilib : 29.01.2026 10:51