NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

Naxçıvanda “Zəngəzur yolu – tarixin izi ilə” mövzusunda konfrans keçirilir-YENİLƏNƏCƏK

...


Naxçıvanda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Zəngəzur yolu – tarixin izi ilə” mövzusunda konfrans keçirilir.

"Şərq qapısı" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətindən bəhs edən eksponatlarla tanışlıq olub.

Konfransda ortaq milli-mənəvi dəyərlərin qorunması və təbliğinin əhəmiyyəti, dini həmrəyliyin daha da möhkəmləndirilməsi, eləcə də bu istiqamətdə qarşıda duran vəzifələr və prioritetlər ətrafında geniş fikir mübadiləsi aparılması planlaşdırılır.

Nəşr edilib : 04.05.2026 10:24