NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Naxçıvanda "Zəfər və Təbiət: Gələcəyə Əmanət" şüarı ilə yürüş keçirilib

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Ekoloji Maarifləndirmə və Ətraf Mühitin Mühafizəsinə Dəstək ictimai birliyinin təşkilatçılığı ilə "Zəfər və Təbiət: Gələcəyə Əmanət" şüarı ilə yürüş keçirilib.
Birliyin idarə heyəti və üzvlərinin iştirak etdiyi yürüşdə gənclər əllərində Azərbaycan bayraqları və mövzuya həsr olunmuş əl işlərini nümayiş etdirərək, ictimaiyyətə mesaj ötürüblər. 
Yürüş II Qarabağ müharibəsi şəhidlərinin ziyarəti, xatirələrinin ehtiramla anılması ilə tamamlanıb. Birliyin sədri Aygül Məmmədova mövzuya həsr olunmuş çıxışında bildirib ki, Zəfər yalnız bir günün və bir döyüşün qələbəsi deyil, bu, şəhidlərimizin bizə qoyduğu əmanətdir.  Qeyri-hökumət təşkilatı kimi bu gün bizim bu tədbiri həyata keçirməkdə məqsədimiz və ictimaiyyətə çağırışımız budur ki, eyni amal üçün birgə çalışmalı,  şəhidlərimizin qanları bahasına qoruduğu torpaqları biz də mühafizə etməli, ekoloji tərbiyəni də vətənpərvərlik tərbiyəsi kimi aşılamalıyıq.
Qeyd edək ki, bu gün iki fərqli sahəni birlikdə təcəssüm etdirən  yürüşdə ölkəmizdə keçiriləcək COP29 tədbiri və iqlim dəyişmələrinə qarşı mübarizə məsələsi də gündəmdə saxlanılıb.

Nəşr edilib : 06.11.2024 22:34