NAXÇIVAN :

07 Dekabr 2025, Bazar

Naxçıvanda Zəfər Gününün 5 illiyi münasibətilə möhtəşəm atəşfəşanlıq olub

...

Noyabrın 8-də Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısında Zəfər Gününün 5 illiyi münasibətilə konsert proqramı və atəşfəşanlıq təşkil olunub.
"Şərq qapısı" xəbər verir ki, konsertdə tanınmış ifaçılar tərəfindən qələbə ovqatlı mahnılar səsləndirilib, vətənpərvərlik ruhunda kompozisiyalar nümayiş etdirilib, rəqs qruplarının rəngarəng çıxışları olub. Bayram tədbiri saat 18:00-da başlayıb və 3 saat davam edib. Sonda möhtəşəm atəşfəşanlıq olub.
Qeyd edək ki, bayram tədbiri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə təşkil edilib.

Nəşr edilib : 08.11.2025 21:04