NAXÇIVAN :

28 Aprel 2025, Bazar ertəsi

Naxçıvanda yerləşən 38 istixanada monitorinqlər keçirilib

...

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi (NQTA) muxtar respublika ərazisində fitosanitar vəziyyətin müəyyənləşdirilib qiymətləndirilməsi məqsədilə fitosanitar müşahidələr aparır.

Agentliyin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, bu məqsədlə NQTA-nın fitosanitar müfəttişləri tərəfindən muxtar respublika ərazisində yerləşən 38  istixanada monitorinqlər keçirilib. 

 Monitorinqlər zamanı istixanalarda zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri barədə təsərrüfat sahiblərinə məlumat verilib. Həmçinin fitosanitar müfəttişlər aqrokimyəvi maddələrin və pestisidlərin saxlanması və istifadəsi zamanı təhlükəsizliyin təmin olunması ilə yerində tanış olub, müvafiq tövsiyələr veriblər. Bildirilib ki, aqrokimyəvi maddələr və pestisidlərdən istifadə zamanı texniki təhlükəsizlik qaydalarına və tətbiq olunma təlimatına dəqiq, düzgün riayət edildikdə ətraf mühit və insan sağlamlığına mənfi təsir göstərmir. Əksinə, düzgün istifadə məhsul itkisinin qarşısını alır, məhsuldarlığı və keyfiyyəti yaxşılaşdırır.

Sonda NQTA mütəxəssisləri tərəfindən sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Nəşr edilib : 28.04.2025 12:48