NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 31,7 faiz artıb

...

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən muxtar respublikada yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 

Dövlət Vergi Xidmətindən "Şərq qapısı"na bildirilib ki, 1 aprel 2026-cı il tarixə muxtar respublikada qeydiyyatda olan onlayn NKA-ların sayı 3285 ədəd olub.

Yeni nəsil NKA-lardan istifadənin genişlənməsi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə şərait yaradıb. 2026-cı ilin yanvar-mart aylarında Naxçıvanda belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 133,7 milyon olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 32,2 milyon manat və ya 31,7 faiz çoxdur.

Nəşr edilib : 22.04.2026 12:04