NAXÇIVAN :

19 Mart 2025, Çərşənbə

Naxçıvanda yeni badam bağı salınıb

...

“Konstitusiya və Suverenlik İli”nə həsr olunan ağacəkmə aksiyası keçirilib. Aksiyada Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev məlumat verib ki, “Konstitusiya və Suverenlik İli” və “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planınına uyğun olaraq cari il ərzində muxtar respublikada 408 hektar sahədə yeni yaşıllıqların və əkin-bərpa işlərinin aparılması planlaşdırılıb.
Daha sonra ağacəkmə aksiyasına başlanılıb. 5 hektar əraziyə 3100 ədəd badam tingi əkilib.
Xatırladaq ki, Şərur rayonu, Dizə-Axura avtomobil yolunun sol kənarında baş tutan ağacəkmə aksiyasında Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər və Ədliyyə nazirliklərinin, Şərur Rayon İcra Hakimiyyətinin, yerli özünüidarəetmə orqanlarının əməkdaşları və ekokönüllülər iştirak ediblər.

Nəşr edilib : 19.03.2025 17:38