Bozumbayev: Rusiya və Azərbaycan aviaqəzanın krimi...
22:12 26.12.2024
0
0
0
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə günün müxtəlif saatlarında Babək rayon Cəhri qəsəbəsində biçilmiş taxıl sahəsində, Naxçıvan şəhəri Qaraxanbəyli kəndində həyətyanı və Babək məhəlləsində quru otluq sahələrində yanğın hadisələrinin baş verməsi barədə məlumatlar daxil olub.
Məlumatlarla əlaqədar dərhal Naxçıvan şəhər və Babək Rayon Yanğından Mühafizə Hissələrinin qüvvələri hadisə yerlərinə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Digər xəbərlər