Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Daşkənd B...
17:53 07.04.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və ADA Universitetinin təşkilatçılığı, Bakı Təhsil İnformasiya Mərkəzinin, “BESTCOMP Group”un və “STI Travel”in dəstəyi ilə muxtar respublikanın ümumi təhsil müəssisələrinin VIII-IX sinif şagirdləri üçün ingilis dili olimpiadasının I mərhələsi keçirilib.
Muxtar respublikanın ümumi təhsil müəssisələrindən 100-dən artıq şagirdin iştirak etdiyi olimpiadada şagirdlərə ingilis dilinin qrammatikası və oxu qabiliyyəti ilə bağlı 50 yazılı sual təqdim olunub və sualların cavablandırılması üçün 80 dəqiqə vaxt ayrılıb.
Qeyd edək ki, ölkə üzrə birinci mərhələdən yüksək bal toplamış ilk 150 şagird 19 aprel tarixdə ADA Universitetində ikinci – dinləmə və yazı mərhələsinə qatılacaqlar. İkinci mərhələdən yüksək nəticə toplamış ilk 15 iştirakçı isə növbəti şifahi nitq bacarığı mərhələsinə dəvət olunacaqlar.
Qaliblər ADA Universitetinin pedaqoji heyəti və tərəfdaş təşkilatların nümayəndələrindən ibarət şura tərəfindən seçiləcək.
1-ci yerin sahibi Baku Education Information Center və STI Travel OJSC mərkəzinin dəstəyi ilə Böyük Britaniyada keçiriləcək Qlobal Gənc Liderlər proqramında iştirak etmək imkanı qazanacaq.
Həmçinin 2-ci və 3-cü yerlərin sahibləri də BESTCOMP GROUP şirkətinin dəstəyi ilə kompüter, planşet kimi mükafatlarla təltif olunacaqlar.
Bundan əlavə, müsabiqədə yüksək nəticə əldə edən ilk 300 şagirdə sertifikat təqdim olunacaqdır.
Digər xəbərlər