David Babayan: Xarici səfərlərə Ermənistan Respubl...
14:58 07.04.2025
0
0
0
Cari ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən, ümumilikdə, 8950 şəxs qəbul edilib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “Şərq qapısı”na bildirilib ki, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və digər məsələlərlə bağlı 12 min 153 xidmət göstərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 59,7 faiz çoxdur.
Ümumi xidmətlərin 94 faizini 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib.
Cari ilin yanvar-fevral aylarında vergi ödəyicilərinə 247 min 759 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 16 görüş keçirilib, 96 sayda ünvanlı xidmət göstərilib, 628 müraciət üzrə 1055 "Asan imza" sertifikatı verilib.
Digər xəbərlər