Bakıda III Azərbaycan-Özbəkistan Regionlararası Fo...
20:45 20.06.2025
0
0
0
Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 19 983 şəxs qəbul edilib.
"Şərq qapısı" quruma istinadən xəbər verir ki, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 27 120 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,8 % çoxdur.
Ümumi xidmətlərin 86 %-ni 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:
5 ay ərzində vergi ödəyicilərinə 598 876 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib, onlarla 52 görüş keçirilib, 210 sayda ünvanlı xidmət göstərilib, 1 498 müraciət üzrə 2 641 "ASAN İmza" sertifikatı verilib.
Digər xəbərlər