NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 13 minə yaxın xidmət göstərilib

...

Cari ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən, ümumilikdə, 8687 şəxs qəbul edilib.

Dövlət Vergi Xidmətindən "Şərq qapısı"na bildirilib ki, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 12 min 819 xidmət göstərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz çoxdur.
Ümumi xidmətlərin 84 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib.

Yanvar-fevral aylarında vergi ödəyicilərinə 442 min 418 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 21 görüş keçirilib, 172 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 859 müraciət üzrə 1472  "Asan imza" sertifikatı verilib.

Nəşr edilib : 16.03.2026 16:21