NAXÇIVAN :

21 Aprel 2025, Bazar ertəsi

Naxçıvanda uyğunsuz yeni il hədiyyə qutuları satışdan kənarlaşdırılıb

...

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bayram günlərində sağlam qidalanmanın təmin edilməsi məqsədilə yeni il hədiyyə qutuları ilə bağlı aparılan monitorinqlər zamanı 1288 ədəd bağlamada istehlakçı hüquqlarının pozulmasına səbəb olan faktlar aşkarlanıb.

Agentlikdən “Şərq qapısı”na bildirilib ki, satışda olan 940 ədəd “Маша и Mедведь” əmtəə nişanlı şokoladlı popkorn məhsullarının qablaşmasında istehsalçı tərəfindən iki fərqli son istifadə tarixi qeyd olunduğu, istehsalçının qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, həmçinin 348 ədəd müxtəlif adda hədiyyə qutularının etiket məlumatındakı məhsullarla içərisindəki məhsulların son istifadə tarixlərinin fərqli olduğu müəyyən edilib. Nəticədə, 940 ədəd hədiyyənin etiket məlumatlarının dəyişdirilməsi təmin edilmədiyindən satışdan kənarlaşdırılıb. 

Hazırda monitorinqlər davam etdirilir.

Nəşr edilib : 13.12.2024 17:08