Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən təlimlər davam edir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, günün ikinci yarısında təlimə Naxçıvan şəhərindəki bir neçə tam orta məktəbin direktoru, tərbiyə işləri üzrə direktor müavini, psixoloqu, uşaq birliyi rəhbəri, müəllimi və valideynlər cəlb ediliblər. UNICEF-in təlimçisi bildirib ki, məqsəd “Uşaq müdafiəsi və təhlükəsizliyi” mexanizminin tətbiqi nəticəsində məktəblərdə yaradılacaq UMT komandalarının uşaq təhlükəsizliyi konsepti və prosedurları üzrə bacarıqlarının artırılması, eləcə də şagirdlərin, valideynlərin və məktəb heyətinin mexanizm haqqında məlumatlandırılmasıdır.
Təlimlər oktyabrın 12-dək davam edəcək.
Digər xəbərlər