NAXÇIVAN :

19 Oktyabr 2026, Bazar ertəsi

Türkiyədə sel fəlakətində ölənlərin sayı artıb

...

Türkiyənin İstanbul və Kocaeli şəhərlərində baş verən sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı 8-ə yüksəlib.

"Şərq qapısı" xəbər verir ki, İstanbulda güclü yağışdan sonra sel zamanı itkin düşən daha bir nəfərin meyiti bu gün səhər saatlarında Ayvansaray bərə limanının yaxınlığında aşkarlanıb. Bununla da İstanbulda sel nəticəsində ölənlərin sayı 6-ya çatıb. İtkin düşən daha bir şəxsin axtarışları davam etdirilir.

Kocaeli vilayıtinin Gebze rayonunda isə sel sularında batan avtomobildəki üç nəfərdən biri xilas edilib. İtkin düşən iki nəfərin meyiti tapılıb.

Nəşr edilib : 19.10.2026 13:28