Naxçıvanda sertifikatlaşdırma imtahanında 352 müəl...
21:55 02.05.2026
0
0
0
"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində muxtar respublika ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində istilik sistemlərinin binadan kənara çıxarılmasına başlanılıb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinən “Şərq qapısı”na verilən məlumata əsasən layihə Dövlət Proqramının icrası istiqamətində həyata keçirilir və məqsəd təhsil müəssisələrində istilik təhlükəsizliyinin artırılması, həmçinin müasir standartlara uyğun şəraitin yaradılmasıdır.
Ölkədə mövcud olan analoji təcrübə araşdırılıb və divar tipli qazanxanaların quraşdırılması daha məqsədəuyğun hesab edilib.
Bu məqsədlə “Besttexnik” MMC ilə müqavilə bağlanıb və artıq işlərə start verilib.
Layihənin ilkin mərhələsində nisbətən kiçikölçülü təhsil müəssisələri, eyni zamanda ucqar kəndlərdə yerləşən məktəblər seçilib. Hazırda quraşdırma işləri mərhələli şəkildə həyata keçirilir.
Cari tədris ili ərzində, ümumilikdə, 30-a yaxın təhsil müəssisəsində qazanxanaların binadan kənara çıxarılması nəzərdə tutulur. Artıq 14 təhsil müəssisəsində montaj-quraşdırma işləri tamamlanıb. Digər müəssisələrdə isə işlərin yanvar ayının sonunadək yekunlaşdırılması planlaşdırılır.
Digər xəbərlər