NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Naxçıvanda su anbarları çöküntülərdən təmizlənir

...

Muxtar respublikada əhalinin ekoloji cəhətdən təmiz və keyfiyyətli, eyni zamanda dayanıqlı içməli su ilə təmin olunması diqqət mərkəzindədir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən içməli su anbarlarında hovuzların çöküntülərdən yuyularaq təmizlənməsi işlərinə start verilib.
Agentliyin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, Şahbuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi və İctimai Səhiyyə Xidməti Naxçıvan Regional Mərkəzinin Sanitar Epidemiologiya Şöbəsinin əməkdaşları tərəfindən Şahbuz Şəhər Su Təmizləyici Qurğular Kompleksinin 2500 kubmetr həcmində olan su anbarı yuyularaq şəffaflaşdırılıb, xlorlu əhəng məhlulu ilə dezinfeksiya işləri aparılıb. Dezinfeksiya işləri yekunlaşandan sonra hovuz su ilə doldurulur. Hovuz tam dolduqdan sonra sudan yeni nümunələr götürülərək laboratoriyada analiz ediləcək. Analizin nəticələrindən asılı olaraq suyun şəbəkəyə ötürülməsi təmin olunacaq. 
Vətəndaşların təmiz və keyfiyyətli içməli su təminatının yaxşılaşdırılması üçün tədbirlərin muxtar respublikanın digər rayonlarında da keçirilməsi nəzərdə tutulub.

Nəşr edilib : 17.10.2024 15:58