Экспорт автономной республики вырос на 38,5 процен...
13:02 21.04.2026
0
0
0
Naxçıvanda qadınların sahibkarlıq və kiçik bizneslə məşğul olması, eləcə də ailə təsərrüfatlarının qurulması və genişləndirilməsi istiqamətində sosial layihələr icra olunub, qadınlara fəaliyyət istiqamətlərinin inkişafı və genişləndirilməsi üçün sərmayə kapitalı verilib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, sərmayə kapitalından düzgün istifadə olunması ilə əlaqədar komitə tərəfindən sərmayə kapitalı verilən qadınların işlədiyi ünvanlarda növbəti monitorinqlər aparılıb. Naxçıvan şəhərində keçirilən monitorinq zamanı məlum olub ki, layihə iştirakçısı olan Naxçıvan şəhər sakini Bayramova Lalə Əliqulu qızı dərzilik sahəsi üzrə sərmayə kapitalından öz təyinatına uyğun istifadə edərək fəaliyyət sahəsini inkişaf etdirib.
Digər xəbərlər