NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Naxçıvanda şəhid övladlarına məktəbli ləvazimatları paylanılıb

...

“PAŞA Holding” və Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Naxçıvanpoçt” publik hüquqi şəxsi 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanların 18 yaşadək olan övladları üçün sosial dəstək proqramı həyata keçirib.
Nazirliyin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, proqram çərçivəsində həmin övladlara yeni dərs ilinin başlaması münasibətilə məktəbli ləvazimatları təqdim olunub. Təqdimetmə prosesi “Naxçıvanpoçt”un əməkdaşlarının dəstəyi ilə həyata keçirilib. Belə ki, ümumilikdə layihə çərçivəsində 44 günlük Vətən müharibəsində, Zəfərdən sonra və sentyabr təxribatları zamanı Naxçıvan Muxtar Respublikası üzrə şəhid olan şəxslərin 33 məktəbli övladı dərs ləvazimatları ilə təmin edilib.
Qeyd edək ki, sosial dəstək proqramı “PAŞA Holding” və “Bravo” supermarketlər şəbəkəsinin “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində həyata keçirilir.

Nəşr edilib : 16.09.2024 15:32