DTX-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının ...
18:29 09.05.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 4 mart 2026-cı il tarixli, 23s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar bu gün Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində “Şəhərsalma subyektləri və memarlar üçün ekoloji tələblər, normativlər və məhdudiyyətlər üzrə ictimai dinləmələrin keçirilməsi” mövzusunda tədbir təşkil olunub.
Tədbirdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, müvafiq sahə üzrə mütəxəssislər, şəhərsalma subyektləri, memarlar və digər maraqlı tərəflər iştirak ediblər.
İctimai dinləmə zamanı şəhərsalma və memarlıq sahəsində tətbiq olunan ekoloji tələblər, qüvvədə olan normativ-hüquqi baza, ətraf mühitin mühafizəsi ilə bağlı mövcud məhdudiyyətlər, müasir şəhərsalma yanaşmalarında dayanıqlılıq prinsiplərinin tətbiqi, enerji səmərəliliyi və ekoloji təhlükəsizlik məsələləri ətrafında geniş müzakirələr aparılıb.
Çıxış edənlər ekoloji balansın qorunması, şəhərsalma fəaliyyətində yaşıl standartların tətbiqi, tikinti layihələrinin ətraf mühitə təsirinin minimuma endirilməsi və bu istiqamətdə normativ mexanizmlərin təkmilləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Tədbir iştirakçıları tərəfindən mövzu ətrafında fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib, qarşılıqlı müzakirələr çərçivəsində bir sıra vacib məsələlərə aydınlıq gətirilib.
Qeyd olunub ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən bu kimi tədbirlər şəhərsalma sahəsində ekoloji məsuliyyətin artırılmasına, müasir və dayanıqlı şəhər mühitinin formalaşdırılmasına mühüm töhfə verir.
Digər xəbərlər