NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 71,4 faiz artıb

...

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə, ümumilikdə, 12 lisenziya verilib.
Verilmiş lisenziyaların sayı ötən ilin müvafiq dövrünə nisbətən 71,4 faiz, lisenziyalardan daxilolmaların məbləği isə ötən ilin müvafiq dövrünə nisbətən 82,4 faiz artıb.
Cari ilin 3 ayı ərzində Naxçıvan Muxtar Respublikasının müvafiq qurumlarının verdiyi 1206 icazə reyestrdə qeydiyyata alınıb, verilmiş icazələr əsasında dövlət büdcəsinə 27,5 min manat vəsait daxil olub.
 

Nəşr edilib : 15.04.2026 12:17