NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Naxçıvanda sahibkarlar və gömrük təmsilçiləri ilə görüş keçirilib

...

Naxçıvan Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzində sahibkarlar və gömrük təmsilçiləri ilə “Aksizli malların gömrük rəsmiləşdirilməsi” mövzusunda  növbəti görüş təşkil edilib.
İdarədən "Şərq qapısı"na bildirilib ki, görüşdə gömrük sistemində tətbiq edilən yeniliklər və təkmilləşdirilmələr barədə məlumat verilib. Bildirilib ki, məqsəd gömrük əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsi hesabına biznes proseslərin səmərəliliyinin artırılması, sahibkarların məmnunluq səviyyəsinin yüksəldilməsidir.

Qeyd olunub ki, gömrük sistemində aparılan təkmilləşdirilmələrlə bağlı biznes subyektləri, gömrük təmsilçiləri və digər hədəf qrupları ilə mütəmadi keçirilən görüşlərin əsas hədəfi onların təklif və rəylərinin öyrənilməsi, gömrük-biznes əməkdaşlığının gücləndirilməsidir.

Daha sonra mövzu ilə bağlı xüsusi təqdimat nümayiş etdirilib, aksiz vergisinin normativ hüquqi əsası, Azərbaycan Respublikasında aksizli malların siyahısı, aksiz markası ilə markalanmalı və  məcburi nişanlanmalı olan mallar, məsuliyyətin yaranması mövzularında görüş iştirakçılarına məlumat verilib, səsləndirilən təklif və rəylər dinlənilib, suallar ətraflı cavablandırılıb.

Nəşr edilib : 14.09.2024 16:40