NAXÇIVAN :

15 Iyun 2026, Bazar ertəsi

Naxçıvanda qəza olub, xəsarət alanlar var

...

"Şərq qapısı" xəbər verir ki, hadisə Babək rayonu, Şıxmahmud kəndi ərazisində qeydə alınıb. Belə ki, 71-BB-807 dövlət nömrə nişanlı avtomobillə 67-BF-127 dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Xəsarət alanlar – İsgəndər Hüseynov və Amid Cəfərov Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 14.06.2026 22:56