Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində ə...
21:33 19.04.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə Ramazan və Novruz bayramları ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumlar tərəfindən bayramlarla əlaqədar qeyri-iş günləri ərzində, ümumilikdə, 3 yanğına çıxış, 2 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Digər xəbərlər