NAXÇIVAN :

23 Fevral 2025, Bazar

Naxçıvanda "Qalatasaray" Futbol Məktəbi fəaliyyətə başlayıb

...

Muxtar respublikada ilk dəfə olaraq "Qalatasaray" Futbol Məktəbi fəaliyyətə başlayıb. 
Məktəbin təsisçisi və direktoru bir zamanlar "Araz-Naxçıvan",  "Lokomotiv" və "Neftçi"-də forma geyinmiş Çingiz Qurbanovdur. Bizimlə söhbətində o qeyd edib ki, klubla danışıqlar 1 il öncə başlayıb: "Bir neçə gün öncə  "Qalatasaray" Spor  Kulübü Denetim ve Sürdürebilirlik uzmanı  Levent Karpat Naxçıvana gəldi və müqavilə imzalandı, bundan sonra məktəbin fəaliyyətinə start verildi. Məktəbin yaradılmasında məqsəd Naxçıvan futbolunu inkişaf etdirmək və ölkəmizdə futbol sahəsində irəliləyiş əldə etməkdir".
Müsahibimiz məktəbdə olan yaş qruplarına da aydınlıq gətirib:  "Məktəbdə yaş həddi 4 yaşdan 15 yaşa kimidir. Məktəb ödənişlidir. Aylıq ödəniş 4-7 yaş qrupu üçün 80, 8-11yaş qrupu üçün 90, 12-15 yaş qrupunda olan uşaqlar üçün isə 100 manat təşkil edir.  Məşqlərə mart ayının 1-dən start verilməsi nəzərdə tutulub".
Gələcək planlarında 3 ay sonra "Qalatasaray"ın təşkil edəcəyi təlim-məşq toplanışlarında iştirak edərək ora ən az bir nəfər  vermək olduğunu bildirən Çingiz Qurbanov futbola marağı olan bütün uşaq və yeniyetmələri məktəbə dəvət edib.

Nəşr edilib : 22.02.2025 16:44