NAXÇIVAN :

20 Aprel 2025, Bazar

Naxçıvanda fevral ayının pensiyaları artımlarla birgə ödənilib

...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevral ayının pensiya ödənişi başa çatdırılıb.
"Şərq qapısı" xəbər verir ki, 1 yanvar 2025-ci ilədək təyin edilmiş bütün növ pensiyaların ilin əvvəlindən 8,1 faiz indeksləşdirilərək artırılması və fevralın 1-dən minimum pensiyanın artırılaraq 280 manatdan 320 manata çatdırılması təmin edilib. 
Fevral ayının pensiyaları da qeyd edilən artımlarla birgə ödənilib. Həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunub.

Nəşr edilib : 11.02.2025 10:29