NAXÇIVAN :

24 Noyabr 2024, Bazar

Naxçıvanda növbəti hərrac keçirilib

...

Noyabrın 4-də ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin balansında olan dövlət mülkiyyətinə keçirilmiş malların özəlləşirilməsi ilə bağlı hərrac təşkil olunub.
Hərraca çıxarılan 912 adda, müxtəlif kateqoriyada (kimyəvi təmizləmə, tekstil, bəzək əşyaları, parfüm, avtomobil yağları və ehtiyyat hissələri) olan malların alınması üçün qeydiyyatdan keçmiş 1 sifarişçi hərracın qalibi olub. 
Xatırladaq ki, “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi arasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satışının təşkili üçün müqavilə bağlanıb.

Nəşr edilib : 06.11.2024 15:25