NAXÇIVAN :

21 Aprel 2025, Bazar ertəsi

Naxçıvanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

...

Babək Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı  narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücü saxlanılıb.
"Şərq qapısı" xəbər verir ki, Babək rayonu ərazisində hərəkətdə olan “VAZ” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.
Nəqliyyat vasitəsini idarə edən Ş.Məmmədovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan tibbi müayinədən keçirilib. Nəticədə həmin şəxsin narkotik vasitə istifadə etdiyi məlum olub. Ş.Məmmədov barəsində protokol tərtib edilib.

Nəşr edilib : 21.04.2025 12:46