NAXÇIVAN :

17 Yanvar 2025, Cümə

Naxçıvanda nağdsız əməliyyatlar üzrə dövriyyə 1 milyard manatı ötüb

...

Ötən il muxtar respublikada nağdsız əməliyyatlar üzrə dövriyyə  2023-cü illə müqayisədə 408,7 milyon manat və ya 66,2 faiz artaraq 1 milyard manatdan çox olub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, qeydiyyatda olan POS-terminallar üzrə dövriyyə isə 38,8 faiz artaraq 112 milyon manat təşkil edib.
 2024-cü ildə qeydiyyatdan keçmiş POS-terminalların sayı 2023-cü illə müqayisədə 76 faiz artıb.

Nəşr edilib : 17.01.2025 10:35