Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə telefonla...
20:51 21.11.2024
0
0
0
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən oktyabrın 15-16-da Naxçıvanda ilk dəfə şagird sayı 150-dək olan təhsil müəssisələrində vakant direktor vəzifəsi üçün müsahibə mərhələsi təşkil olunacaq.
Nazirliyin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, Naxçıvan STEAM Təlim-Tədris Mərkəzində keçiriləcək müsahibə mərhələsində videoçəkiliş təmin edilməklə namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri hər meyar üzrə 5 ballıq şkala əsasında qiymətləndiriləcək.
Qeyd edək ki, vakant vəzifələr üzrə avqustun 21-28-də aparılan sənəd qəbulunda 13 direktor vəzifəsi üçün 50-yə yaxın namizəd sənəd verib.
Digər xəbərlər