NAXÇIVAN :

24 Iyun 2025, Çərşənbə axşamı

Naxçıvanda mədəniyyət müəssisələrinin maddi-texniki bazası gücləndirilir

...

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planında öz əksini tapmış layihələrin, habelə investisiya layihələrinin icrası Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən diqqət mərkəzində saxlanılır.
Məlum olduğu kimi, "Dövlət Proqramı" çərçivəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət teatr və konsert müəssisələrinin, uşaq musiqi məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi, tələbatın müasir standartlara uyğun qurulması məqsədilə 18 fevral 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi ilə “BEETECH” MMC şirkəti arasında bağlanmış müqaviləyə əsasən 26 adda 363 ədəd musiqi aləti alınıb.
Qeyd olunan şirkət tərəfindən muxtar respublikaya çatdırılan musiqi alətləri yaxın günlərdə aidiyyəti üzrə təhvil veriləcək.

Nəşr edilib : 24.06.2025 11:25