Babək rayonunda su anbarı dezinfeksiya edilib
15:08 23.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
13 sentyabr tarixdə Naxçıvan Gənclər Mərkəzində “Estafet” Gənclərin İctimai Birliyinin “Könüllülük pedaqogikasının öyrənilməsi” layihəsinin açılış tədbiri keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə "Estafet" Gənclərin İctimai Birliyinin sədri Tural Məmmədzadə qeyd edib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqəsi elan edib. “Estafet” Gənclərin İctimai Birliyi bu müsabiqəyə “Könüllülük pedaqogikasının öyrənilməsi” adlı layihə ilə müraciət edərək qalib olub. Layihənin həyata keçirilməsi üçün agentlik tərəfindən 9000 manat məbləğində qrant ayrılıb və layihənin icrasına başlanılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Humanitar məsələlər şöbəsinin məsləhətçisi Xanım İbrahimova, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru Azad Novruzov və Azərbaycan Respublikası Gənclər Fondu Naxçıvan filialının direktoru, layihənin rəhbəri Arzu Qasımov çıxış edərək gənclərə, eləcə də gənclər təşkilatlarına yaradılan imkanlardan, qrant müsabiqələrinin əhəmiyyətindən danışıblar.
Vurğulanıb ki, layihənin əsas istiqaməti gənclərin məlumatlılığının artırılması, könüllülük fəaliyyəti həyata keçirən qurumları və ali təhsil müəssisələrini bir araya gətirərək bu sahəyə elmi cəhətdən töhfə verməkdir.
Sonra Naxçıvan Müəllimlər İnstitutunun kafedra müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Sevinc Vəliyevanın təqdimatında "Gənclərin könüllülükdə iştirakının motivasiya əsasları və pedaqoji əhəmiyyəti", "Könüllü fəaliyyətin əsas kateqoriyalarının pedaqoji şərhi" mövzusunda seminar keçirilib. Seminarda 50 nəfər gənc iştirak edib.
Qeyd edək ki, Azərbaycanda könüllülük pedaqogikasının öyrənilməsi və öyrədilməsini hədəfləyən layihə 2 ay ərzində Naxçıvan şəhərində baş tutacaq və muxtar respublika gənclərini, könüllüləri əhatə edəcək. Layihə çərçivəsində 5 seminar və "Könüllülük: cəmiyyəti təkmilləşdirmək, özümüzü inkişaf etdirmək" mövzusunda konfrans həyata keçiriləcəkdir. Layihə, ümumilikdə, 680 gənci əhatə edəcək.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, tərəfdaşları Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialı və Naxçıvan Müəllimlər İnstitutudur.
Digər xəbərlər