Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti...
12:13 18.04.2026
0
0
0
Avqustun 31-i Naxçıvan şəhərində kikboks üzrə “Levent Bulut Fight Night – Nakhchivan” turniri keçiriləcək. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Kikboksinq Federasiyası və “Ləvənt Bulut – Naxçıvan” döyüş klubunun birgə təşkilatçılığı ilə reallaşacaq yarışda 100-dən çox idmançı qələbə uğrunda mübarizə aparacaq.
Avqustun 30-u yarışın keçiriləcəyi İlham Əliyev adına Olimpiya İdman Kompleksində idmançıların çəki və “Face to face” mərasimi baş tutub.
Qeyd edək ki, yarış səhər saatlarında start götürəcək, rəsmi açılış mərasimi isə 19:00-a nəzərdə tutulub. Mərasimin ardınca gecənin böyük maraq doğuran döyüşləri keçiriləcək.
Döyüşlərin sonunda mükafat kimi kubok, medal, diplom və kəmər təqdim olunacaq.
Digər xəbərlər