Naxçıvan Muxtar Respublikasında 22 noyabra olan ha...
23:23 21.11.2024
0
0
0
NAXÇIVAN :
22 Noyabr 2024, Cümə
Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı nazirliklərinin əməkdaşları və fermerlərin iştirakı ilə 1 noyabr – Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunan tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində davam edən tədbirdə kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova bildirib ki, ölkəmizdə aqrar sahənin inkişafı ötən əsrin 70-80-ci illərində Ümummilli Lider Heydər Əliyev tərəfindən təmin olunub. Bu gün Ulu Öndərin yolunu uğurla davam etdirən dövlət başçısı kənd təsərrüfatı sahələrinin yüksəlişi üçün müvafiq Dövlət proqramları qəbul edir, sərəncamlar imzalayır. Prezident cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” muxtar respublikada da aqrar sahənin inkişafı üçün geniş imkanlar açıb. Dövlət Proqramının icrası ilə əlaqədar illər öncə unudulan Ordubadın qədim baramaçılıq ənənələri də bərpa olunub. Cari ildə bu istiqamətdə ciddi addım atılıb, 30 qutu baramadan 1,1 ton məhsul əldə edilərək Bərdə baramaqurutma müəssisəsinə təhvil verilib. Növbəti illərdə yüksək məhsuldarlığa nail olmaq üçün işlər görüləcək.
Nazir müavini bildirib ki, ötən ildən başlayaraq Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin sistemində struktur islahatları aparılaraq Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sisteminə uyğunlaşdırılır. Həmçinin nazirliyin Elektron Kənd Təsərrüfatı sisteminə inteqrasiyası diqqətdə saxlanılıb, bu günədək 200-ə yaxın fermerin məlumatı həmin sistemə daxil edilib. “Naxçıvan Aqroservis” ASC tərəfindən texnikaların lizinq və nağd yolu ilə satışı həyata keçirilib, indiyədək 1 milyon manata yaxın texnika fermerlərə güzəştli şərtlərlə satılıb. Həmçinin fermerlərin keyfiyyətli toxum və gübrələrlə təminatı da diqqətdə saxlanılıb. Hazırda ilk dəfə muxtar respublikaya “Ammofos” gübrəsi gətirilir və yaxın vaxtlarda təsərrüfatçılara veriləcək.
Xəyalə Dadaşova Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında” 2024 cü il 31 oktyabr tarixli Sərəncamının ölkəmizdə aqrar sahəyə göstərilən qayğının növbəti təzahürü olduğunu vurğulayıb. Nazir müavini təltif olunan əməkdaşları və fermerləri təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Vüsal İbrahimov və Culfa Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Vəli Novruzov ölkəmizdə və muxtar respublikamızda kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlərdən söhbət açıblar.
Sonra səmərəli fəaliyyəti ilə fərqlənən əməkdaşlar və fermerlər nazirliyin fəxri fərmanları ilə təltif olunub.
Digər xəbərlər