NAXÇIVAN :

02 May 2026, Şənbə

Naxçıvanda keçirilən növbəti təmizlik aksiyası Beynəlxalq Gənclər Gününə həsr olunub

...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə 12 avqust–Beynəlxalq Gənclər Gününə həsr olunan təmizlik aksiyası keçirilib. Aksiya "Əshabi-Kəhf Ziyarətgahı" Dini-Mədəni Abidə Kompleksinə gedən yolun kənarlarında baş tutub.
Aksiyadan əvvəl iştirakçılara günün mahiyyəti və gənclərin ətraf mühitin qorunmasındakı rolu barədə məlumat verilib.

Bildirilib ki, aksiyanın əsas məqsədi gənclərdə  ətraf mühitə qarşı məsuliyyətli yanaşmanı formalaşdırmaqdır.
Daha sonra zəruri sanitar ləvazimatlarla təmin olunaraq könüllülər yol kənarlarına atılan məişət tullantılarını toplayıblar.
Qeyd edək ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində ətraf mühitin mühafizəsi, ictimaiyyətin ekoloji problemlərə qarşı həssaslığının artırılması məqsədilə oxşar aksiyaların davam etdirilməsi nəzərdə tutulur.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən mütəmadi olaraq ekoloji-hüquqi maarifləndirmə tədbirləri həyata keçirilir, eyni zamanda ətraf mühitə zərər vuran şəxslərə qarşı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür.

Nəşr edilib : 08.08.2025 16:41