NAXÇIVAN :

20 Aprel 2026, Bazar ertəsi

Naxçıvanda keçiriləcək təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsinin test imtahanının vaxtı açıqlandı

...

“Şərq qapısı” xəbər verir ki, Naxçıvanda 2026-cı ilin may ayında keçiriləcək  təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsinin test imtahanının vaxtı açıqlandı.  
Qeyd edək ki, test imtahanı 2, 3, 10 və 11 may tarixlərdə keçiriləcək. 
Test imtahanı Naxçıvan şəhər 4, 10, 11 nömrəli tam orta məktəblərdə və Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində yaradılan İmtahan mərkəzlərində təşkil olunacaq.   
Test imtahanı ilə bağlı məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.
Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

Nəşr edilib : 01.04.2026 17:51