NAXÇIVAN :

20 Aprel 2025, Bazar

Naxçıvanda iqtisadi sahədə 2024-cü ilin 11 ayı üzrə göstəricilər açıqlanıb

...

Naxçıvanda “Dövlət-Biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda sahibkarlarla keçirilən görüşdə Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov Naxçıvan Muxtar Respublikasının  2024-cü ilin 11 ayı ərzində iqtisadi aktivlik göstəricilərini, o cümlədən İqtisadiyyat Nazirliyinin və onun tabeli qurumlarının fəaliyyətinə dair məlumatları  açıqlayıb.
"Şərq qapısı" xəbər verir ki, 2024-cü ilin 11 ayı ərzində İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" vasitəsilə sahibkarlara 88 lisenziya verilib. Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları tərəfindən verilmiş 4758 icazə reyestrdə qeydiyyata alınıb və 143,6 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə icazələr 14,3 dəfə, verilmiş icazələrdən daxilolmalar isə 2,3 dəfə artıb. 
Bununla yanaşı, Abbas İsmayılov bildirib ki, cari ilin 10 ayı ərzində muxtar respublikada istehsal edilmiş məhsullardan Gürcüstan Respublikasına 3,2 milyon ABŞ dolları, Rusiya Federasiyasına 1,2 milyon ABŞ dolları, Yəmən Respublikasına 1,3 milyon ABŞ dolları və digər ölkələrə 3,1 milyon ABŞ dolları olmaqla, ümumilikdə 8,8 milyon ABŞ dolları dəyərində ixrac olunub.
Cari ilin 11 ayında Naxçıvanda istehsal olunmuş məhsulların ixracı üçün 335 mənşə seritfikatı verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,1 faiz çoxdur.

Nəşr edilib : 06.12.2024 11:36