Azərbaycan ilə Türkiyə arasında kütləvi qırğın sil...
19:23 05.05.2026
0
0
0
Bu gün Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbdə “Ümumi təhsil müəssisələrində yuxarı sinif şagirdlərinin, müəllimlərin və valideynlərin iştirakı ilə insan hüquqları və gender bərabərliyi barədə məlumatlılığın artırılması, məişət zorakılığının, təhsildən yayınmanın və erkən evliliyin fəsadları” ilə bağlı maarifləndirici tədbir keçirilib.
“Şərq qapısı” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Səfəralı Vəliyev mövzunun aktuallığı və əhəmiyyəti barədə məlumat verib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva və Təhsil Şöbəsinin əməkdaşı Şəfa Rəhimova bildiriblər ki, insan hüquqlarının qorunması, gender bərabərliyi və məişət zorakılığının qarşısının alınması cəmiyyətin inkişafı üçün vacibdir. Qeyd olunub ki, belə maarifləndirici tədbirlər şagirdlər, müəllimlər və valideynlər arasında məlumatlılığı artırır.
Tədbir diskussiya şəklində davam edib.
Digər xəbərlər