Sərhəd Qoşunlarının komandanı azad olunan ərazilər...
09:43 22.11.2024
0
0
0
Sentyabrın 21-də Naxçıvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “NM” marketdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “NM” marketin dəstəyi ilə “Tullantını dəyərə, ekoçantanı vərdişə çevir” devizi altında aksiya təşkil olunacaq.
Nazirliyin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka (banka) və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə edə biləcəklər.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tullantıların düzgün idarə olunmasına yönəlmiş belə aksiyalarda hər kəsi fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırır.
Digər xəbərlər